Valideyn müəllimi sinif otağından çıxardıb dəhlizdə döydü - VİDEO

Müəllim şagirdinin valideyni tərəfindən döyülüb.


Türkiyə mətbuatının məlumatına görə, şagirdlərdən birinin valideyni məktəbə gələrək müəllimi sinifdən çıxarıb və döyməyə başlayıb. 

Belə ki, H.A adlı şəxs əsəbi halda məktəbə gəlib. Bu zaman həmin müəllim dərsdə olub. Valideyn müəllimi sinif otağından çıxararaq dəhlizdə döyməyə başlayıb. Hadisə yerinə gələn polis onları sakitləşdirərək valideyni yaxalayıb. 
 

Saxlanılan şəxs bildirib ki, müəllim dərsdə onun uşağını qorxudub və döyüb. Buna hiddətləndiyi üçün o məktəbə gəlib. Mübahisə zamanı isə əsəbiləşdiyi üçün müəllimi döyüb. 

 

Həmin görüntüləri təqdim edirik: 

 

 

23 May 2019, 15:18   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin