Manaf Ağayev yeni biznesi barədə: "Hazırlaşıram ki, yüngül nəsə edim"

Müğənni Manaf Ağayev yeni biznes qurmaq niyyətindədir.


 
Demokrat.Az xəbər verir ki, Lent.az-a açıqlama verən ifaçı müğənnilikdən savayı tikinti sahəsində özünü sınamaq istədiyini bildirib:


 
"Dostlarım var, hamısı biznesmendir, bina tikənlərdir. İnşallah, hazırlaşıram ki, yüngül nəsə edim. Çünki oxumağın da bir vaxtı var. Yaş da gedir, təb də o təb deyil. O demək deyil ki, hər zaman gündəmdə olmalısan. Yeni biznesim tikinti sahəsində olacaq. Balaca bir restoranı tikməklə başlamaq lazımdır. Çünki sabah səsim də bata bilər. Biznes qurmağım mütləqdir. Çünki övladlarım və nəvəm var”.

 

 

23 May 2019, 14:27   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß