Universitetlərə imtahansız qəbulda yer məhdudiyyəti olmayacaq

Yeni qaydalara əsasən, kollec məzunlarının ali məktəbə qəbul olunmasında yer məhdudiyyəti olmayacaq.

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

 

Onu  sözlərinə görə, bu qəbul planı Nazirlər Kabinetinin qərarına əsasən 6,4 faiz artıb:

 

“Bu da onu göstərir ki, orta ixtisas təhsil müəssisələrini bitirənlərin ali məktəblərə qəbul faizi çoxdur. Həmçinin, ümumtəhsil müəssisəsini bitirən məzunların sayı da ötən ilə nisbətən azdır. Ötən il qəbul planı 45 500 idi, bu il isə 48 506 yer müəyyən edilib. Bu da ali məktəbə qəbul şansını artırır”.

 

Şöbə müdiri qeyd edib ki, əvvəlki illərdə kolleci bitirən şəxs üçün bir yol var idi. Yeni qaydalar isə imtahansız qəbula imkanlar yaradır:

 

“Lakin əsas tələb budur ki, pedaqoji kolleci bitirən şəxs sırf pedaqoji sahədə təhsilini davam edə bilər. Kollec məzunu 600 ballıq bir ixtisasa sənəd verə bilməz. O imtahanda iştirak etmədən, sadəcə, 200-250 minimal bala sahib olmalıdır”.

 

 

 

23 May 2019, 12:01   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin