Yevlaxda tələbələrin olduğu avtobus aşdı - Ölən və yaralılar var (FOTOLAR)

HADİSƏ 23 may 2019, 11:13

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.


 
Demokrat.Az-ın ONA-ya istinadən xəbərinə görə, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb.


 
Yol qəzasında 22 nəfər xəsarət alıb. Qəzada iki qadın dünyasını dəyişib. Onlar 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

 

Qəzaya düşənlərin əsasən Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Demokrat.Az

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top