Bakı daha bir mötəbər yarış ərəfəsində — FOTO

İDMAN 22 may 2019, 19:57

Bakı daha bir irimiqyaslı beynəlxalq yarış ərəfəsindədir. Söhbət Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Dünya Badminton Federasiyası ilə Avropa Badminton Konfederasiyasının birgə dəstəyilə reallaşacaq “Azerbaijan International” turnirindən gedir.


"Ölkə.Az" xəbər verir ki, startı iyunun 6-da veriləcək və 9-da başa çatacaq “International Challenge” seriyalı “Azerbaijan International” badminton turnirində dünyanın 39 ölkəsindən 220-ə yaxın idmançı məharətini göstərəcək.

 

Bu, “International Challenge” seriyalı turnirlər üçün rekord deməkdir. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış üçün məkan olaraq Bakı İdman Sarayı seçilib.

 

Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində beş kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top