Banklar gücləndirilmiş rejimdə çalışacaqlar

İQTİSADİYYAT 22 may 2019, 16:41

Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar banklar 27 may - 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.

 

Ölkə əhalisinin, turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək. 

 

Doqquz bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.

 

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top