Azərbaycanda daha 143 miqrant saxlanıldı

HADİSƏ 22 may 2019, 15:49

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 143 əcnəbi saxlayıb. 


DMX-dən Demokrat.Az-a verilən məlumata görə, onlardan 5-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər zamanı aşkar olunub.


Saxlanılmış 8 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 6 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 128 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.


Miqrasiya qanunvericiliyini pozan 129 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top