Səfirlik Fuad Abbasovla bağlı açıqlama yaydı

GÜNDƏM 22 may 2019, 13:17

Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

 

Demokrat.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.

 

Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top