Azərbaycan Olimpiya Oyunlarına ilk lisenziyasını qazandı

İDMAN 22 may 2019, 10:46

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.  Bu uğura atlet Anna Skidan imza atıb. 

 
Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi. 
 
Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək.(Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top