Henrix Mxitaryanın Bakıya gəlməyəcəyi dəqiqləşdi

İDMAN 21 may 2019, 21:18

İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı “Çelsi” ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.

 

Bununla bağlı London təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib. 

 

“Mxitaryanla bağlı bütün variantları araşdırdıq, o və ailəsi ilə müzakirələr apardıq və keçirilən yığıncaqda onun finalda oynamaması ilə bağlı qərar qəbul etdik. Məsələ ilə bağlı UEFA-nı məlumatlandırmışıq”, - məlumatda bildirilib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top