Borca görə axtarışda olan daha 14 nəfər saxlanıldı

HADİSƏ 21 may 2019, 20:53

Mayın 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən Demokrat.Az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

 

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top