Zəvvarlarımızın Həccə getmə və qayıtma tarixləri məlumdur

SOSİAL 21 may 2019, 18:31

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan müraciət edib.

 

Demokrat.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

 

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır.

 

Bildirilib ki, zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq. Sənəd qəbulu isə kvota dolana qədər davam edəcək. Hazırda sənəd qəbulu davam edir.

 

Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Bir müddət əvvəl isə kvotanın aradan qaldırıldığı qeyd olunurdu, lakin sonradan qərarın qərarın dəyişdiyi və kvota qoyulduğu bildirilir.

 

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

 

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top