Meriyadan "Tarqovı"nın bağlanması xəbərinə REAKSİYA

SOSİAL 21 may 2019, 17:42

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Torqovı” kimi tanınan Nizami küçəsinə girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib.

 

İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Demokrat.Az-a açıqlamasında bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

 

“Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.

 

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top