Nikoil Bankın əməkdaşları müştərini 2 körpə uşağının gözləri qarşısında döydülər — TƏFƏRRÜAT

HADİSƏ 21 may 2019, 14:31

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Nikoil Bank əməkdaşları tərəfindən vətəndaş Zaur Civəzadə evində 2 körpə uşağının gözləri qarşısında döyülüb. 


Bu barədə Demokrat.az-a zərərçəkmiş özü şikayət edib. 


Zaur Civəzadə bildirib ki, Nikoil Bankın Tural adlı əməkdaşı Amil adlı idmançı ilə yaşadığı evə gələrək, ona zor tətbiq ediblər:


"Bir neçə il əvvəl Elxan adlı dostum Nikoil Bankdan ipoteka krediti götürərək, Şüvəlanda ev alıb. Hazırda öz evim təmir olunduğu üçün dostumun icazəsilə həmin evdə yaşayıram. Mayın 16-da 2 nəfər bank əməkdaşı qaldığım evə gələrək, heç bir məhkəmə qərarı olmadan məni evdən zorla çıxartmağa çalışıb. Mən onlardan məhkəmənin qərarını tələb edən zaman fiziki təzyiqlərə məruz qalmışam. Hətta, 2 nəfər azyaşlı uşaqlarımın gözü qarşısında döyülmüşəm. Uşaqlardan birinin 2, digərinin isə 3 yaşı var. Məni vuran şəxs Amil idi".


Zaur Civəzadə üzləşdiyi hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə 2 və Xəzər Rayon Polis İdarəsinə şikayət etdiyini söyləyib.


Zaur Civəzadəni vurduğu iddia edilən Amil adlı bank əməkdaşı ilə əlaqə saxladıq.

 

O, Demokrat.az-a hadisənin baş verdiyini təsdiqləyib:


"Hadisə olsa belə, artıq biz Zaurla barışmışıq. Bu barədə polisin də xəbəri var". 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top