İrandan dünyanı silkələyəcək QƏRAR

DÜNYA 21 may 2019, 08:40

İran bu gündən başlayaraq az zənginləşdirilmiş uranın (3,67 faiz) istehsalın həcmini 4 dəfə artırır.


Demokrat.az "Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi mətbuat konfransında bildirib.


Qeyd edək ki, 2015-ci il iyulun 14-də Vyanada İran nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planı uyğunlaşdırılıb. İran silah üçün plutoniumu istehsal etməməyə öhdəsinə götürüb. 


Plan 15 il ərzində İrana 3,67 faizə qədər 300 kiloqram zənginləşdirilmiş uran istehsal etməyə və ondan dinc məqsədlər üçün istifadə etməyə icazə verirdi.(Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top