"Qarabağ" üçün 13 potensial rəqib - SİYAHI

İDMAN 20 may 2019, 11:58

Azərbaycanı növbəti dəfə Çempionlar Liqasında (ÇL) təmsil edəcək "Qarabağ"ın daha 4 potensial rəqibi müəyyənləşib. 

 

I təsnifat mərhələsində mübarizə aparacaq Ağdam təmsilçisi "səpələnmişlər"in səbətində yer alacaq.

 

Çempionlar Liqasına son vəsiqə qazananlardan "Sarayevo" (Bosniya və Herseqovina), "Pyast" (Polşa) və "Sutyeska" (Monteneqro) "səpələnməmişlər"in sırasına düşüb. Bundan başqa, qeyri-müəyyənlərdə göstərilən "Valletta"nın (Malta) da artıq "səpələnməmişlər" arasında olacağı dəqiqləşib.

 

Bu isə o deməkdi ki, adıçəkilən klublardan hər biri 1-ci təsnifat mərhələsində mübarizə aparacaq və "səpələnmişlər" səbətindən yer alacaq "Qarabağ"a rəqib ola bilər. Beləliklə, "Qarabağ"ın 16 potensial rəqibindən 13-nün adına aydınlıq gəlib.

 

Ümumilikdə I mərhədə mübarizə aparacaq 32 komandadan 29-u bəllidi. Onlardan 15-i səpələnmiş, 13-ü səpələnməmişdisə, "Suduva"nın hansı səbətdə qərarlaşacağı bilinmir. Bu, digər 3 komandanın reytinqindən asılı olacaq.

 

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç).

Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).

 

Qeyri-müəyyənlər: "Suduva" (Litva), Bolqarıstan çempionu, Ermənistan çempionu, ilkin mərhələnin qalibi.

 

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək. (Fanat.Az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top