Ailəsi itkin düşmüş Xırdalan sakinini axtarır - FOTOLAR

HADİSƏ 19 may 2019, 22:56

Əslən Zəngilan rayonundan olan Nəcəfov Vüsal Əli oğlu itkin düşüb.

 

Ailə üzvlərinin Demokrat.Az-a bildirdiyinə görə, 35 yaşlı Vüsal Nəcəfov bir neçə gün əvvəl evdən çıxıb bir daha geri qayıtmayıb. Belə ki, mayın 16-da evdən işə yollansa da, o vaxtdan bəri ondan bir xəbər almaq mümkün olmayıb.

 

Qeyd edək ki, Vüsal Nəcəfovun yaşayış yeri Xırdalan şəhəri Mexkalon qəsəbəsi  Qaçaq Nəbi küçəsidir. O, 1983-cü il 16 sentyabrda Zəngilanda doğulub. 

 

Vüsal Nəcəfovdan xəbər tutanlardan Abşeron rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.  Əlaqə nömrəsi: (+994 12) 342-02-02.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top