“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

SOSİAL 19 may 2019, 22:02

Güclü küləklə əlaqədar “Azərişıq” ASC regionlarda qabaqlayıcı tədbirlər görür.

 

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, bir sıra bölgələrdə güclü külək səbəbindən gücləndirilmiş iş rejiminə keçilib: 

 

“Güclü külək və yağışlar Qərb regionlarında, xüsusilə Şəmkir, Daşkəsən, Gədəbəydə müşahidə edilir. Bəzi dağlıq regionlarda hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranarsa Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə yaranmış problemi aradan qaldırmaq üçün tam hazırdırlar. Zədələnən elektrik xətləri olarsa, elektrik təchizatı digər xətlər vasitəsilə təmin ediləcək”. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top