Misirdə piramidalar yaxınlığında güclü partlayış - 17 yaralı var

DÜNYA 19 may 2019, 18:12

Misirdə piramidalar olan sahədə - milli muzey yaxınlığında partlayış baş verib.

 

Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, turistləri daşıyan avtobusun olduğu ərazidə 17 nəfər yaralanıb. Onlardan 10-u misirli, 7-si cənubi afrikalıdır. 

 

Qeyd edək ki, ötən ilin sonlarında da paytaxt Qahirədə analoji hadisə baş vermişdi. Bu zaman Misir təhlükəsizlik qüvvələri 40-a qədər terroristi zərərsizləşdirib.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top