Marneulidə mer seçkilərində qarşıdurma yarandı

DÜNYA 19 may 2019, 12:10

Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

 

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

 

Qarşıdurma “Vahid Milli Hərəkat” partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.

 

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

 

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

 

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq Azərbaycanlı namizədlərə məxsusdur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top