“Favorit” marketdə yanğın baş verdi - Xəsarət alanlar var

HADİSƏ 18 may 2019, 20:58

Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib. 

 

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlər var. 

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib: 


 
“Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi I Kliniki tibbi mərkəzə, daha bir qadın isə qıcolma ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”. 

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

 

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top