İcra başçısı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

SOSİAL 18 may 2019, 20:13

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

Demokrat.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Qeyd dək ki, T.Qaraşov 1959-cu ilin may ayının 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. 

 

1991-1996-cı illərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. 

 

Mayın 20-də onun 60 yaşı tamam olur. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top