Masallıda qəza - İki müəllim öldü

HADİSƏ 18 may 2019, 19:46

Masallıda qəza baş verib.

 

Hadisə Masallı-Qızılağac yolunun Çaxırlı kəndi ərazisində olub.

 

“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı boş sahəyə aşırıb. Sürücü, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi Abdulla Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Onların hər ikisi Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub.

 

 

***

 

Kənd sakinlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, maşında daha bir xanım sərnişin olub.

 

Hadisədən sonra kimliyi məlum olmayan qadın başqa bir avtomobilə əyləşərək qəza yerini tərk edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top