“Böyük İpək Yolu” 30 ölkə nümayəndəsini Bakıya topladı - FOTOLAR

SİYASƏT 17 may 2019, 23:48

Bu gün Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin III toplantısı öz işinə başlayıb.

 

Demokrat.Az xəbər verir ki, tədbirin əsas məqsədi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirmək, təşkilatın daxili məsələlərini müzakirə etmək, ümumi fəaliyyətini qiymətləndirmək, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliğində, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolunu artırmaq, gənclərin ittifaqın fəaliyyətində rolunu gücləndirməkdir.

 

İclasda İttifaqa daxil olan 30 ölkədən - Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri Lankadan 33 gənclər təşkilatının nümayəndəsi iştirak edir.

 

Mayın 19-dək davam edəcək tədbirdə İttifaqın siyası sənədlərinin qəbul edilməsi, İttifaqın beynəlxalq əməkdaşlıq üzrə siyasətinin müəyyənləşdirilməsi,  gənclər siyasəti  və təşkiılatın strateji fəaliyyəti ilə bağlı  müzakirələrin aparılması nəzərdə tutulub. Tədbirdə işçi qrupların paralel müzakirə sessiyaları təşkil olunacaq və həmin sessiyalarda qeyd olunan məsələlər daha detallı nəzərdən keçiriləcək. Toplantı çərçivəsində İttifaqın İdarə heyətinə seçkilər keçiriləcək və növbəti 3 il üçün prioritet məsələlər müəyyənləşdiriləcək.

 

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən toplantının açılış mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin  Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Prezident Administrasiyasının Gənclər və  idman siyasəti şöbəsinin məsləhətçisi Aydan Kərimli, eləcə də yerli gənclər təşkilatlarının sədrləri iştirak edib.

 

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci ildə təsis olunub. İpək Yolu üzərində fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını təmsil edən və qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatın əsas məqsədi və fəaliyyət dairəsi mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istidafə etməklə vahid platforma yaratmaqdır. İttifaqa hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top