Məmmədyarov fransalı həmkarı ilə Qarabağ münaqişəsini müzakirə etdi

SİYASƏT 17 may 2019, 23:15

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian arasında görüş olub. 

 

XİN-dən Demokrat.Az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

 

Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

 

E.Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

 

Həmçinin, nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top