İTV-dən bayraq AÇIQLAMASI

GÜNDƏM 17 may 2019, 18:18

Dünən İsraildə baş tutan “Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub. 


Demokrat.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 


İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov məsələyə münasibət bildirib:


“Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar tədbir gördülər”.(“Qafqazinfo”)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top