“Azərbaycan neft çıxaranda təhlükəli deyildi, iki futbolçu gələndə təhlükəli olur?” — Deputatdan ETİRAZ

GÜNDƏM 17 may 2019, 15:50

“Böyük Britaniyanın şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə o zaman yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir” .


Demokrat.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyib. 


S. Novruzov qeyd edib ki, Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma “Arsenal”ın iki oyunçusu gələndə Azərbaycan təhlükəli zona olur:


 “Özlərinin gəlməsi ilə bağlı fikir söyləyirlər. Nəyə görə Azərbaycan ən təhlükəsiz ölkə olduğu halda onun haqqında belə bir fikir yayırlar? Sonra deyirlər ki, Azərbaycanın hava məkanında problemlər var. Əfqanıstana buradan yük daşıyanda təhlükə yox idi. Amerikaya antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi. İndi nə oldu, iki futbol komandası oyunu keçirəndə hava tutulur, hava açılır”. 


Birinci vitse-spiker Ziyafət Əsgərov da həmkarının fikirlərini dəstəkləyib. 


O, bildirib ki, bütün bunlar dünyada beynəlxalq hüququn işləmədiyinə görə baş verir: 


“Bir gün əvvəl Britaniya XİN xəbərdarlıqla bağlı məlumat yayır. Səhəri gün səfir isə deyir ki, heç bir problem yoxdur, Azərbaycana gələ bilərsiniz. Bu dünayda olan ikili, üçlü, dördlü standartlardır. İstəmirlər ki, bir müsəlman ölkəsi inkişaf etsin. Bu cür yanaşmalar əvvəllər də olub və davam edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top