"Xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək" — Deputat

MARAQLI 17 may 2019, 14:32

"Biz xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır".


Demokrat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdəki çıxışında deyib.


Millət vəkili xatırladıb ki, Şuşa işğal olunanda, az qala hamı intihar həddinə gəlmişdi: 


“Ancaq Paşinyan kimi əxlaqsız biri Şuşada nə cür hərəkət edir? Nə qədər buna dözməliyik?  Kim bizə torpağımızı almağa qoymur? Açıqlansın, bilək. Fransamı, Rusiyamı, masonmu qoymur?! Nə vaxta kimi bizi təhqir edəcəklər?


Ömür boyu atasına xain çıxan erməni bizə yanıq verir. Nə qədər səbr etməliyik? Allah bu səbri bizə verməsin. Hər sahədə bizi gözdən salmaq istəyirlər. Biz də müxalifət olmuşuq. Müxalifətçiliyi də kişi kimi edərlər, özgəsinin atına minməklə etməzlər. Bizi az təhqir edin. Biz də sizin kimi Vətəni, torpağı sevirik”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top