Azərbaycanda banklara bağlı vacib YENİLİK

İQTİSADİYYAT 17 may 2019, 09:46

"Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq".


Demokrat.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.
 

O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır: "Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.
 

T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər: 


"Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top