"Baxdım, söz tapmadım, susdum lal kimi..." — Leyla Əliyevanın “Azərbaycan” şeiri

MARAQLI 16 may 2019, 20:43

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Azərbaycan” adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.


Demokrat.az Kult.az-a istinadən həmin şeiri təqdim edir:

 

Xəzər dalğa-dalğa könlümü çalar,

Külək qucaqlayar çiyinlərimi.

Gözəl Azərbaycan - bənzərsiz diyar,

Baxdım, söz tapmadım, susdum lal kimi.

 

Təbəssüm saçılan hər üzdə nur var,

Quşların səsiylə açır dan yeri.

Gözəl Azərbaycan – müqəddəs diyar,

Ulduzlar bağrında xal gecələrin.

 

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr.

 

Bir ocaq başında qızınır hamı,

İnsana məhəbbət Allah əmridir.

Haqqı, mərhəməti, dini, inamı,

İnsanlar qol-qola sabaha gedir.

 

Göylərdən endilər sanki sübh çağı,

Xeyir işlər üçün insanlar yerə.

Gözəl Azərbaycan - pirlər ocağı,

Sınmadıq, yenmədik əsən yellərə.

 

Bu Odlar Yurdunu sən qoru, Allah,

Bu, sevgi, mərhəmət, sülh diyarıdır.

Mələklər görünür hər axşam-sabah,

Üzümüz, yolumuz sənə sarıdır.

 

Heç kəsə yamanlıq istəmirəm mən,

Dünya həsrət qalsın zülmə, savaşa.

Gözəl Azərbaycan - sevimli Vətən,

Sənə baş əyirəm! Əbədi yaşa!!!

 

Tərcümə: Baba Vəziroğlu

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top