Saçların erkən tökülməsinin 5 SƏBƏBİ

MARAQLI 16 may 2019, 19:22

Saçların erkən tökülməsinin çox səbəbləri ola bilər. Rusiyanın “Medikforum” portalı ən qabarıq 5 səbəbi göstərib.


Demokrat.az xəbər verir ki, səbəblərdən ən birincisi siqaretdir. Siqaretə çox həris adamlar həm də saçlarını tez itirir. Hətta çəkməsəniz belə, tüstüsü sizə çox zərərlidir.Siqaret tüstüsü saçların rəngini belə, dəyişməyə qadirdir.


İkinci səbəb zərərli tullantılardır. Atmosfer çirklənir və zərərini biz görürük.


Üçüncüsü, autoim xəstəlikləri olan adamlarda saçlar tez tökülür. Yəni immun sisteminin sıradan çıxmasına səbəb olan xəstəliklərdən söhbət gedir.


Dördüncü səbəb stressdir. Saçlar təkcə erkən tökülmür, həm də tez ağarır.


Bir də hormonal dəyişikliklər. Saçların hətta keyfiyyətinə, rənginə təsir göstərə bilər.(Bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top