Qoşqar Təhməzlinin "işçiləri" həbsdə qaldı — Bəraət istəyirdilər

Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayev yenidən məhkəməyə müraciət edib.


Demokrat.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.


Kassasiya şikayəti hakim Hafiz Nəsibovun icraatıan verilib. Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq. 


Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci(rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.


E.Rzayev məhkəmədə sərbəst ifadəsində söyləyib ki, yalnız üç epizodda iştirak edib və özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib. O deyib ki, daha əvvəl "Sahibkarlıq" Hüquq Cəmiyyətində çalışıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi hər iki şəxsin şikayətini təmin etməyib.


Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli  dünən jurnalistlərə açıqlamasında bildirib ki, Agentliyin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirirlər. O məsələ ilə bağlı, artıq Respublika Prokurorluğu tərəfindən cinayət işi açıldığını və bir neçə nəfər həbs olunduğunu deyib.

16 May 2019, 18:40   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß