Tanınmış professor Əmir Teymuru "terrorçu" adlandıran kitabına Bakıda təqdimat keçirdi — FOTOLAR

Tanınmış Türk tarixçi yazarı, professor İlbər Ortaylının "Türklərin qızıl dövrü" kitabında türk dünyasının ən böyük fatehlərindən biri olan Əmir Teymur "terrorçu" kimi təqdim edilib. 


Demokrat.az xəbər verir ki, kitab 2019-cu ildə Türkiyədə çap edilib. 


Kitabın "Əmir Teymur və Teymurilər" adlı bölməsinin yarımbaşlıqlarından biri belə adlanır: 


"Osmanlının müharibə və fəth metodu ilə Teymurun hərbi fəaliyyəti arasında bir müqayisə aparıldığı zaman fərqlər açıq-aydın görünür. Məsələn, Teymurun terrordan istifadə edərkən bivec davranması..." (səh. 76).


Kitabın üz qabığında isə yəhudi işarəsi var. 


Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur. 


Xatırladaq ki, bu il aprelin 15-də Bakı Kitab Mərkəzində İ.Ortaylının “Türklərin qızıl dövrü” adlı kitabının təqdimatı və müəlliflə görüş keçirilib.


Zaur Hacılı
Demokrat.az

16 May 2019, 10:35   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß