Maykl Essyen “Çelsi” fanatlarını Bakıya dəvət etdi - VİDEO

İDMAN 15 may 2019, 22:27

Məşhur futbolçu, Əslən Qanadan olan, hazırda  paytaxtın “Səbail” klubunun şərəfini qoruyan Maykl Essyen  öz  Instagram səhifəsində maraqlı paylaşım edib. O Bakını sevdiyini və bakılıların çox mehriban olduğunu dilə gətirib.

 

 “Mən 3 aydır burada yaşayıram və ətrafım çox gözəldir.  Bakılılar çox mehribandırlar. Bu şəhəri çox sevirəm. İrəli  “Çelsi”. Mən bütün “Çelsi”  fanatlarını Bakıya dəvət edirəm”.

 

Xatırladaq ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi azad agent statusuna malik idi.

 

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

 

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

 

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək. (Oxu.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top