Sərhəddə çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanıldı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb.

 

Bu barədə Trend İran Gömrük Administrasiyasına istinadən məlumat verib.

 

Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış.

 

Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar.

 

Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır.

 

 

 

15 May 2019, 21:39   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß