Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü - İki polis yaralandı

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

 

Demokrat.Az ONA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

 

Faktla bağlı araşdırma aparılır.

15 May 2019, 19:56   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin