"Elə bilirəm ki, arvadım da Allahımdır" - Nadir Qafarzadə - VİDEO

ŞOU-BİZNES 15 may 2019, 18:53

Müğənni Nadir Qafarzadə ARB TV-nin “Hüseynova bacıları” verilişində həyat yoldaşı Sevincdən bəhs edib.

 

Sənətçi 26 ildir evli olduqlarını deyib. Proqramda diz çökən Nadir xanımı üçün mahnı səsləndirib.

 

"Hər gün olmasa da, ayda-həftədə bir dəfə xanımıma hədiyyə alıram. Xaricə gedəndə ona nəsə almamış Bakıya qayıtmıram. Hərdən elə bilirəm ki, atam da, anam da, bacım-qardaşım, məcazi mənada Allahım da odur. 26 ildir ac-susuz, sevincli-kədərli bir addımlayırıq. Heç kim bizə dəstək olmadan"- deyə Qafarzadə bildirib.

 

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün iki oğul övladı var.(baku.ws)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top