“Elina”-lar üçün danışmaq yox iş görmək lazımdır — TƏKLİF

MARAQLI 15 may 2019, 15:16
Ayətkin Hüseynli
 
 
Vaşinqton Universiteti, Braun adına Sosial İş Fakultəsinin doktorantı, Uşaq Zorakılığı üzrə Araşdırma, Təlim Mərkəkksinin tədqiqatçısı, Vaşinqton Universiteti, Sosial Siyasət İnstitutunun tədqiqatçısı, Vaşinqton Universiteti, Sosial İnkiş Mərkəzinin aparıcı tədqiqatçısı, Azərbayan Sosial İş Birliyinin Sədri 
 
 
“Elina”-lar üçün danışmaq yox, iş görmək lazımdır.
 
 
İntiharlar dünyada geniş yayılmış sosial bir problemdir və Dünya Səhiyyə Təşkilatına görə hər saniyə 800,000 insan intihar edir. İntihar 14-20 yaş insanlar arasında 2-ci öldürücü fenomendir. 2017-ci ildə dünya üzrə 1.2 milyon yeniyetmə qarşısı alına bilinən digər səbəblərdən, o cümlədən intiharlar üzündən həyatlarına son vermişlər. İnkişafından asılı olamayaraq bu hadisə dünyanın hər bir ölkəsində baş verir. Azərbaycanda da uşaq və yeniyetmələr arasında intihar halları var və çoxdur. Bəs niyə bu hallar yox, məhz Elinanın intihar halı yerli, eyni zamanda xarici mediada yer almışdır? Elinanın ölümə məqsədyönlü şəkildə buraxılması dünyanı şoka salan xəbərdir. Çünki döyüş zamanı belə düşmən yaralanmış düşmən əskərinə güllə atmır və ona tibbi yardımın göstərilməsinə imkan yaradır!!! Amma Azərbaycan məktəbində çarəsiz 14 yaşlı yaralı uşaq, məqsədli şəkildə göz görə-görə ölümə məhkum edilmişdir!!! Bu hər birimiz üçün, həm daxildə, həm də xaricdə yaşayan Azərbaycanlılar üçün qəbulolunmaz məsələdir. Bu insanlıq məsələsidir!!! Təkliflərə keçməzdən əvvəl Elinanın başına qələnləri mediadan oxuduğum xəbərlərə görə fikrimi bildimək istəyirəm.
 
 
İlk öncə aydın məsələdir ki, Elina özünə içitami məkanda qəsd etdiyi üçün bu hamıya məlum oldu. Elinanın intiharı mediaya sızan 1000-lərlə uşaq intiharlarından biridir. Bu gün Azərbaycanda uşaqlar özlərinə tövlələrdə, hamamlarda və zirzəmilərdə və ya elə öz otaqlarında qəsd edirlər. Dünya Səhiyyə Təşkilatnının da qeyd etdiyi kimi dünyada özünə qəsd metodları da müxtəlifdir: bura özünü asma, dərman içmə, yüksək yerdən atma və ən çox kənd yerlərində kənd təsərrüfatında istifadə olunan kimyəvi maddalərdən istifadə də daxildir . Eyni zamanda, yenə də Dünya Səhiyyə Təşkilatına görə intiharların baş verəcəyi vaxt və yer heç bir zaman əvvəlcədən bəlli olmur. Lakin əgər buna aparan işarələr vaxtında görülüb, sonra həmin uşaqla iş aparılarsa, bunun qarşısı alına bilər. 
 
 
Dünya mediasın və Azərbaycan cəmiyyətini Elina məsələsində canlandıran isə intihar hadisəsindən öncə və sonra uşağa qarşı olan münasibət idi. Məsələni analizi etdikdə, burada ilk növbədə gözə çarpan uşaq zorakılığı, demokratik ölkənin vətəndaşının hüquqnun pozulması və vəzifə borcunun yerinə yetirilməməsi məsələləridir. 
 
 
Elinanın uşaq olaraq 3 səviyyədə - ailə, məktəb və cəmiyyətdə hüquqları pozulmuşdur. Eyni zamanda ,Azərbaycan Respublikasının da 1992-ci ildə imza atıb təsdiqlədiyi UNICEF-in Uşaq Hüquqları Konvensiyasının və 1992-ci ilə Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanununda öz əksini tapmış uşaq hüquqlarının dörd əsas prinsipi: ayrıseçkilyə məruz qalma, yaşamaq, mövcud olma və inkişaf,  baxışlarına hörmət olunma ciddi şəkildə davamlı olaraq pozulub. Dünya Səhiyyə Təşkilatı və UNICEF-ə görə uşaq zorakılığının mənəvi, psixoloji, cinsi, fiziki, cinsi və etinasızlıq kimi növləri var. Elina ailədə, icmada və cəmiyyədə cinsi zorakılıqdan başqa bütün zorakılıqlara məruz qalıb. 
 
 
Ailəsi tərəfindən obyektiv-subyektiv səbəblərdən ilk baxışdan sanki etinasılığa məruz qalıb - bunu daha dəqiq söyləmək üçün ailənin durumunu ətaflı qiymətləndirmək lazımdır ki, hansı problemlərinin olması məlum olsun. Digərləri haqqında fikir söyləmək üçün isə Elinanın bio-psixi-sosial-tibbi qiymətləndirilməsi aparılmalı idi, sağ ikən!! Bizə müəyyən olmayan səbəblərdən belə görünür ki, Elinanın ailəsi onun psixoloji durumuna etinasız yanaşıb. Elinanın ailəsi ilə öz problemlərini bölüşüb-bölüşməməsi haqqında məlumat olmadığı üçün bu iddianı irəli sürmək çətindir. Hər bir halda valideynlər uşaqları ilə hər gün maraqlanmalıdır - məktəbədə, dostları və sairə çevrəsində nələr baş verib-verməməsindən xəbərdar olamlıdırlar, bir dost kimi. Bu hədələyici, qorxuducu şəkildə olmamılıdır. Belə olarsa, uşağınızı ya mənəvi, yaxud da Elina misalı, fiziki itirəcəksiniz. Elina ilk növbədə ailəsi tərəfindən qorunmalı idi, amma yenə də bizə məlum olmayan səbəblərdən ailəsi uşaq  qarşısında öz öhdəliyini və valideynlik borcunu yerinə yetirməmiş kimi görünür. 
 
 
İkinci mərhələdə - məktəbdə Elinaının, yuxarıda qeyd olunan hüquqları bilərək pozulub. Mediadan oxuduğum və hörmətli Təhsil Nazirimiz, cənab Ceyhun Bayramovun mətbuat konfrası nəticəsində mediada yayılan xəbərə əsasən Elinanın psixoloji durumu haqqında həm məktəb inzibatçılarında, həm də psixoloqda məlumat olub. Amma bu haqqda heç bir profilaktik iş görülməyib və onun  mövcud olma və inkişaf haqları məktəb tərəfindən pozulub. Eyni zamanda, məktəb dostları tərəfindən gözümçıxdıya salınaraq ayrıseçkiliyə məruz qalıb, fikir və baxışlarına hörmət olunmayaraq bu hüquqları pozulub. Eyni zamanda, Elina həm məkətb işçiləri və uşaqlar tərəfindən mənəvi, psixoloji zorakılığa məruz qalıb, həm də müəllim və direktoru tərəfindən etinasızlığa uğrayıb. Bunula da ailəsidən sonra uşaq kimi Elinanı qorumalı olan və onun mövcud olma, inkişaf etmə və yaşamaq hüquqnu məktəb də təmin etməyib. Elina yenə də ailəsindəki müəmmalı səbəblərdən həssas qrupa daxil olan uşaq idi. Ona ayrıseçilik yox, məktəbə tərəfindən ikiqat qayğı gösətərilməli idi və risk qrupu kimi xüsusi yanaşma olmalı idi. Amma məktəb bunu obyektiv-subyektiv səbəblərdən təmin etməmişdir.  
 
 
Məktəbdən sonra hər bir Azərbaycan uşağının, o cümldən, Elinanın hüquqlarının təminatçısı olan Azərbaycan Dövləti təhsil və səhiyyə xidmətlərində boşluqların olması və ümumiyyətlə, uşaq müdafiə sisteminin olmamsaı həm UNICEF-in konvensiyasında, həm də Uşaq Haqları haqqında qanunda öz əksini tapan bütün hüquqlarını pozub və ona qarşı bütün zorakılıqların baş verməsinə səbəb olub. 
 
 
Cıxış yolu ilk növədə ölkdə artıq gecikən uşaq müdafiə sisteminin qurulmasıdır. Elinanın ölümü uzun müddətdir ki, etinsızlığa və diqqətdən kənar qalan, amma hər bir cəmiyyətə hava -u kimi lazım olan mütəşşəkül və peşəkar uşaq müdafiə sisteminin qurulmamasıdır. Bir nazirlikdə uşaq müdafiə idarəsinin olması, İcra Hakimiyyətində könüllü şəkildə yeniyetmələr üzrə komissiyanın olması uşaq müdafiə sisteminin olması deyil. Ölkənin 30% vətəndaşının (uşaqların) qorunması və onlara qarşı həm ailədə, həm icmada, həm də dövlət səviyyəsində zorakılıqların qarşısının almınması üçün məhz Prezident Aparatının nəzdində peşəkar və səmərəli Uşaq Müdafiə İdarəsinin yaradılmasını təklif edirəm. 
 
 
Təklif etdiyim Uşaq Müdafiəsi İdarəsi məhz prezidentimizin xüsusi nəzarətində olsa, orada çalışanlar işini məsuliyyətlə görəcəklər. Bu idarəyə nə etdiklərini və nə edəcəklərini bilmələri üçün uşaq müdafiəsi və sosial müdafiə sahəsində dünyanın ən mötəbər elm ocaqları və müəssisələrində təhsil almış mütəxəssislər cəlb olunsun. İdarənin aşağıdakı kimi struktur və fəaliyyətinin olmasını təklif edirəm:
 
 
1. Baş struktur Prezident Aparatında yerləşsin və hər bir rayonda İcra Hakimiyyətinin nəzdində filialı və hər bir kənddə nümyəndəsi olsun. 
 
 
2. İdarənin filiallarında tərkib hissəsi uşaq və ailə üzrə sosial iş təhsili olan sosial işçilər, psixoloq və metodistlərdən ibarət uşaq müdafiə briqadaları çalışsın. 
 
 
3. İdarənin və filalların nəqliyyat vasitəsi olsun ki, uşaqlara qarşı həyati təhlükə törədilən zorakılıq zəngləri və məlumatları daxil olduqda, təcili yardım kimi həmin ərziyə uşağı xilas etmək üçün vaxtında yetişə bilsinlər.
 
 
4. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olsun:
 
 
4.1 Uşaqlara aid bütün xidmətlər burada cəmlənsin - uşaq və ailə sosial xidmətləri, maarifləndirmə, müavinatlar, uşaq əlillik məsələləri və qaynar xətt, övladlıq, uşaqların qiymətləndirilməsi, xidmətlərə yönəltmə və sairə.
 
 
4.2. Ailələri uşaq inkişafı, uşaq haqları, zorakılıqlar və ailədaxili münasibətlər haqqında daim maarifləndirmə. Türkiyə dövləti tərəfindən həyata keçirilən Ailə Təlim Proqramı bu fəaliyyət istiqamətində icra oluna bilər, Azərbaycanda tətbiq nəticəsi müsbət ola bilər. Uşaq müdafiə sistemi güclü inkişaf etmiş ölkələrdə olduğukimi risk qurupuna aid olan ailələrin məcburi cəlb olunması kimi qayda olmalıdır.   
 
 
4.3 Uşaqlarla işləyən, məktəb, bağça və shiyyə işçiləri, habelə içtimaiyyət arasında uşaq inkişafı, uşaq haqları, zorakılı və ailədaxili münasibətlər haqqında mütəmadi maarifləndirmə aparılsın.
 
 
4.4 Risk qurupuna aid olan uşaqları müəyyən etsin və onların cəmiyyətdə, ailədə və içtimaiətdə mövcud olması və inkişafı üçün psixo-sosial profilaktik təbdbilər görsün. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top