“Elçibəyin ruhundan üzr istəyirəm” — Emin Milli

“Elçibəyin ruhundan üzr istəyirəm”.


Demokrat.az xəbər verir ki, bu sözləri Meydan TV-nin keçmiş rəhbəri Emin Milli “BBC Azərbaycan”a müsahibəsində deyib.


O bildirib ki, bir neçə il əvvəl – gənc vaxtlarında çox aqressiv olub, içində nifrət çox olub, ona görə də Elçibəyə qarşı da haqsız ifadələr işlədib: 


“Mən böyük bir kollektivi idarə edəndən sonra başa düşdüm ki, insanları idarə etmək necə çətindir”.


Xatırladaq ki, E.Milli bir neçə gün əvvəl özünün feysbukdakı səhifəsində böyük bir yazı paylaşaraq prezident İlham Əliyevdən üzr istəmişdi: “İlham Əliyevdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”.

15 May 2019, 16:22   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß