"Rusiya Azərbaycanı korrupsioner məmurların vasitəsilə işğal etməyə çalışır" — Sərdar Cəlaloğlu

"Təhsil dövlətin təhlükəsizliyinin əsas elementlərindən biridir. Hesab edirəm ki, son zamanlar Azərbaycan təhsilinə cəmiyyətdə hörməti olmayan kadrların gətirilməsi milli təhlükəsizlik maraqları baxımından da zərərlidir". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. 


Sərdar Cəlaloğlu deyib ki, hazırda Azərbaycan təhsilində ruslaşma prosesi gedir:


"Təsəvvür edin ki, Azərbaycanda 160 min uşağa rus təhsili verilir. Bu o deməkdir ki, Azərbaycanda 160 min ruspərəst yetişəcək. Bununla Azərbaycanda çox təhlükəli proseslər gedir. Əvvəllər Rusiya Azərbaycanı ordusu ilə işğal edirdi. İndi isə bəzi korrupsioner məmurların vasitəsilə bu cür işğal etməyə çalışır. Buna qətiyyən imkan vermək olmaz".


Zaur Hacılı
Demokrat.az

15 May 2019, 13:47   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin