Ağa Musa Nağıyev barədə film çəkilir — FOTO

MARAQLI 13 may 2019, 13:50

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Nurlu əməllərin işığında" adlı sənədli film çəkilir.


Demokrat.az xəbər verir ki, bu film Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunub.


Filmdə Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən geniş bəhs olunacaq. Həmçinin, ermənilərin "İsmailiyyə" binasını yandırmasından, milyonçunun vəfatından sonra məzar yerinin bir neçə dəfə dəyişdirilməsindən də danışılacaq.


Sənədli filmin layihə rəhbəri milyonçunun nəvəsi, tədqiqatçı Dilarə Nağıyeva, rejissoru Etibar Məmmədov, redaktoru isə Büllur Cavadqızıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top