Baş redaktor prokurorluğa çağırıldı

"Criminal.az” saytının baş redaktoru Anar Məmmədov mayın 15-də, saat 10:00-da Bakı Şəhər Prokurorluğuna çağırılıb. 


Demokrat.az xəbər verir ki, bu barədə Anar Məmmədov özü məlumat yayıb.


Anar Məmmədov bildirib ki, cinayət işi ilə bağlı yaradılmış istintaq qrupundakı müstəntiqlərdən Tural Haqverdiyev ona zəng edib: 


"Bildirdi ki, cinayəti törətdiyim aləti - "Macbook"u qaytaracaq, amma dəqiq bilirəm ki, səbəb bu deyil. "Macbook”-un qaytarılması üçün barəmdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni qüvvəyə minməlidir. Amma hələlik işim Bakı Apelyasiya Məhkəməsində davam edir”.


Anar Məmmədov güman edir ki, ona ya xəbərdarlıq ediləcək, ya da yeni cinayət işi açıldığını deyəcəklər. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 308.8 (vəzifə səlahiyyətlərini aşmaq), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu.


Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədov haqqında 2 il sınaq müddəti ilə 5,6 il şərti cəza qərarı çıxarıb.

15 May 2019, 10:48   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin