Bakıda tələbənin öldürülməsi ilə bağlı cinayət işi açıldı

KRİMİNAL 14 may 2019, 23:24

Bakı İdarəetmə ve Texnologiya Kolleci Bakıda tələbələr arasında ölümlə nəticələnən dava ilə bağlı məlumat yayıb.


 
Kollecdən verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.


 
Nərimanov Rayon Prokurorluğundan ONA-ya bildirilib ki, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.


 

Qeyd edək ki, Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.


 
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.


 
Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top