“Muğanbank”-a qarşı iddia: Kompensasiyaya görə rüşvət istəyirlər

"Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilir. 


Demokrat.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya şikayət edilib. 


Vətəndaş Qəhrəmanov Rövşən bildirib ki, 2015- ci ildə "Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb: 


"Kredit bağlanıb. Bizə 913 manat kompensasiya düşür. Bank bizdən 240 manat pul istəyir. Deyir ki, bu pulu gətirməsəniz, kartınızı ala bilməyəcəksiniz. İşçilər deyirlər ki, bizə guya güzəşt edilib. Hansı sənədlə güzəşt edilib? Bunu sübutla ortaya qoyan yoxdur. Halbuki biz artıqlamasıyla kreditimizi bağlamışıq. Bu cür problemi tək bizə yox, müştərilərin  çoxuna yaşadırlar”.


Digər müştəri Hacıyeva Yavər Seymur qızı isə  qeyd edib ki, o da 2015- ci ildə 2000 dollar kredit götürüb: "Krediti ödəyib bitirmişik. Hazırda bizə 1600 manat kompensasiya düşür. Bizdən də 516 manat pul tələb edirlər”. 


Məsələ ilə bağlı "Muğanbank”dan bildirilib ki, heç kimdən rüşvət istənilə bilməz. Adları çəkilən şəxslər və digərləri bankın filial müdirinə yaxınlaşa bilərlər. Kompensasiya hesablanmış müştərilər kartlarını ala bilərlər”.

14 May 2019, 12:28   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin