"Ölkəmizdə keçirilən hər bir idman turneri Azərbaycanın inkişafı və uğuru deməkdir" — Professor

MARAQLI 14 may 2019, 11:32

Ölkəmizdə keçirilən hər bir idman turneri Azərbaycanın inkişafı və uğuru deməkdir. Hamıya məlumdur ki, idman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. Azərbaycanın dünyada inkişaf etmiş dövlətlər sırasına daxil olması üçün ölkə rəhbərliyinin yürütdüyü siyasətin uğurlu nəticəsi bu gün göz qabağındadır. 


Digər sahələrlə yanaşı idman sahəsinin də dinamik inkişafı Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqeyə sahib olmasında xüsusi önəm daşıyır. Ölkəmizdə keçirilən mötəbər idman yarışları və bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr dövlətimizin dünyada idman ölkəsi kimi tanınmasını artıq təsdiqləyib. Bir sözlə, bu gün Azərbaycan idmanı tarixə öz şərəfli və uğurlu salnaməsini yazmaqdadır. 


Son illər respublikamızda keçirlən idman yarışları Azərbaycanın yüksək kateqoriyanı özündə xarakterizə edən imicinin formalaşmasında mühüm rol oynamışdır.  Təkcə 2018-ci ildə ölkəmizin ev sahibliyi etdiyi  yarışlara Formula 1 Azərbaycan Qran-Prisi, Velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, Gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər aid olub və yüksək səviyyədə təşkil olunaraq həyata keçirilib. 

 

Image result for İlham Əliyev idman məşəli


Yarışlar ərəfəsində ölkəmizə gələn idmansevərlər və turistlər ölkəmizdən müsbət təəssüratlarla ayrılıblar. İdman oyunlarının həm iştirakçısı, həmdə tamaşaçısı kimi ölkəmizə gələnlər Azərbaycanı yaxından tanıyır, həmçinin milli-mənəvi dəyərlərimiz, tariximiz, adət-ənələrimizlə yaxından tanış olur. Deməli, ölkəmizdə keçirilən idman oyunları yalnız idman sahəsinin inkişafı demək deyil, həmçinin gələcəkdə Azərbaycana turist axının artmasına və turizim sahəsinin daha da inkişaf etməsi  üçün   mühüm rol oynayır. 


Bu il 2019-cu ildə Azərbaycanda keçirləcək mötəbər idman turnirlərinə Karate üzrə Avropa çempionatı, Güləş üzrə Avropa çempionatı, Cüdo üzrə Böyük Dəbilqə turniri/Paracüdo üzrə Qran Pri,Taekvondo üzrə dünya çempionatı, Bədii gimnastika üzrə Avropa çempionatı, Aerobika gimnastikası üzrə Avropa çempionatı, UEFA Avropa Liqasının finalı, Yay Universiadası, Avropa Gənclər Olimpiya Festivalı, Qadın voleybolu üzrə Avropa çempionatı, Cüdo üzrə dünya çempionatı və digər oyunlar daxil edilib. Bu oyunlar arasında ən mötəbəri Avropa Gənclərinin Olimpiya Festivalıdır (EYOF). 

 

Image result for İlham Əliyev idmançılarla görüş


İyun ayında Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF)  qitənin 50 ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə, 3500-4000 qonağın gəlişi gözlənilir. Ümüdvarıq və tam gücümüzlə inanırıq ki, respublikamız əvvəlki illərdə olduğu kimi bu ildə bu mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edəcək və yarışlarda iştirak edən idmançılarımız qaliblər sırasında dayanaraq bayrağımızı yüksək pillələrdə dalğalandıracaqlar. Qürur və fəxrlə qeyd edirəm ki, bu qələblər hər bir azərbaycanlının qələbəsidir.


Bundan sonar da ölkəmizdə keçirləcək idman turnirləri və istənilən yarışlarda “Azərbaycan” adının hallanması və yer alması ölkəmizin inkişafı, dünyada daha da tanınması və nüfuzunun artması deməkdir. Dövlətini, millətini sevən hər kəs bununla qürur duymalı və ürəkdən sevinməlidir.


Yusif Babanlı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top