Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçirdi — FOTOLAR

DÜNYA 14 may 2019, 11:20

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə  Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib. 


Demokrat.az xəbər verir ki, aksiyanın əsas təşkilatçısı Azərbaycan- Belçika Dostluq Cəmiyyətidir. 


Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri  və üzvləri qoşulublar. 


Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində belə bir aksiyanın keçirilməsində məqsəd bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara  etiraz etmək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırmaqdır. 


Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”,  “Cənab Prezident, Sizi salamlayırıq” və s kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. 


Onlar azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildiriblər.


Diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin çıxışlarında Azərbaycanın hər zaman ümumbəşəri dəyərlərə hörmətlə yanaşdığı, Avropa ölkələri ilə Azərbaycanın dostluq münasibətlərinin daim inkişaf edən xətlə getdiyi, gündən-günə daha da dərinləşdiyi  diqqətə çatdırıb, bütün bunlar ölkəmizin böyük uğuru kimi qiymətləndirilib.


Aksiya iştirakçıları  bundan sonra da ölkə başçısına  daim dəstək olacaqlarını bəyan ediblər. 
Aksiya Brüsselin məşhur Şuman meydanı yaxınlığında keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top