“Meydan TV”nin daha iki əməkdaşının ölkədən çıxışına qoyulan qadağa götürüldü — FOTO

“Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində ölkədən çıxışına qadağa qoyulan Sevinc Vaqifqızı və Elnur Muxtar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.


Demokrat.az xəbər verir ki, bu barədə Sevinc Vaqifqızı bildirib.


Bu gün onları idarənin rəisi Eldar Əhmədov qəbul edib və ölkədən çıxışa qoyulan qadağanın götürülməsi ilə bağlı məlumat verib.


E.Muxtar hazırda həmin media qurumu ilə əməkdaşlıq etmir.


Bununla da “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində çıxış qadağası götürülən şəxslərin sayı 11-ə çatıb. (report)

13 May 2019, 19:33   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß