Vahid Əhmədov seçicilərilə görüşdü — FOTOLAR

MARAQLI 13 may 2019, 12:58

Milli Məclisin deputatı Vahid  Əhmədov növbəti dəfə Quba şəhərindəki ofisində seçiciləri ilə görüş keçirib. 


Demokrat.az xəbər verir ki, tədbir iştirakçılarının çoxsaylı  suallarını cavablandıran millət  vəkili  Milli  Məclisdəki  fəaliyyəti  və  gələcək  planları  barədədə  danışıb. 


Qəbul  üçün  qeydiyyatdan  keçmiş  61  seçicinin  və  Xaşmaz  rayonundan  olan  3  nəfər  sakinin  xahişləri  nəzərə  alınaraq  onlar  təkbətək  qəbul  ediliblər. Qəbul  zamanı  məişət  problemlərini  əhatə  edən  məsələlər  çoxluq  təşkil  edib.


İşədüzəlmə, təhsil, sahibkarlıq  üçün  şəraitin  yaradılması, sosial  müavinətlər, əmlakın  özəlləşdirilməsi, torpaq  və  bu  kimi  digər  məsələlər  baxılan  məsələlər  sırasında  olub. Əksər  məsələlər  yerindəcə  araşdırılıb, müvafiq  tapşırıqlar  və  tövsiyələr  verilib, həlli  vaxt  tələb  edən  məsələlər  köməkçi  tərəfindən nəzarət  üçün qeydiyyata alınıb. 


Rayonun  Gədikqışlaq  kənd  sakini  Firuz  Kərimov  ailə  üzvləri  ilə  birgə  oğlu  üçün  uzun  müddət  həll  edə  bilmədiyi,  lakin  deputatın  müdaxiləsindən  sonra  həllin  tapan  iş  məsələsinin  həllinə  görə V.Əhmədova  minnədarlıq  üçün  qəbula  gəldiyini  deyib.


Qəbuldan  sonra millət  vəkili   Azərbaycan  Prezidentinin sərəncamı  əsasında  yenidən  qurulan  Quba-Qonaqkənd-Şamaxı  avtomobil  yolunun  tikintisi  ilə  bağlı  aparılan  işlərlə  yerində  tanış  olub.


Çox  böyük  işlərin  şahidi  olan  millət  vəkili  yolüstü  əhali  ilə  söhbətləşərək  camaatın  görülən  işlərdən  nə  qədər  məmun  olduqlarının  şahidi  olub.  Əhali  yekdilliklə  cənab  Prezidentə  görülən  işlərlə  bağlı  öz  dərin minnətdarlığını bildirib.  


Qeyd olunub ki, yolüstü  5  körpünün  tikintisi ilə  bərabər,  uzun  illərdir  həllini  tapa  bilməyən  kəndin  yanından  keçən Vəlvələ  çayının  üzərində  uzunluğu 126  metr  olan  körpünün qurulması  nəinki  Qonaqkəndlilərin, həm  də yolu  Qonaqkəndən  keçib  gedən  onlarla  yaşayış  məskənlərinin  sakinlərinin  sözün  əsl  mənasında  böyük  sevincinə  səbəb  olub. Çox  yaxın  vaxtda  Quba-Qonaqkənd-Şamaxı  yolunun  Qonaqkəndə  qədər  olan  hissəsi    əhalinin  istifadəsınə  veriləcək. 


Cimi  kəndinin  sakinlərinin  yol  ilə  bağlı  etdikləri  müraciət  əsasında  Qonaqkəndlə  Cimini  birləşdirən  yolun  vəziyyəti  ilə  yerində  maraqlanan  millət  vəkili  görülən  işlərlə  tanış  olub, icra olunmuş  işlərlə  bağlı  Quba  yol  İdarəsinin  rəhbərləri  Gülağa   Əliyevə  və  Tağı  Tağıyevə öz  təşəkkürünü  bildirib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top