Sağlam adamların işsizlikdən şikayət etmələrini anlaya bilmirəm — I qrup əlil (VİDEO)

SOSİAL 11 may 2019, 21:30

Ayaqları olmasa da, sərbəst şəkildə maşın sürür, hətta onu təmir də edir. Söhbət Goranboyun Nərimanlı kəndində yaşayan I qrup əlil Elşad Məmmədovdan gedir.


İllər əvvəl Elşad Məmmədovun səhhətində problemlər yaranıb. Aparılan müalicələr də nəticəsiz olub və 2004-cü ildə onun hər iki ayağı amputasiya edilib. Əvvəllər bu vəziyyət onda psixoloji sartsıntı yaratsa da, sonradan maşın alıb və normal həyatına qayıtmaq qərarına gəlib. 


O, hər iki ayağından məhrum olsa da, sürücülük peşəsindən vaz keçməyib. Elşad Məmmədov əllə idarə etmək üçün avtomobilə bəzi dəyişliklər də edib.


Elşad Məmmədov minik avtomobili ilə taksi fəaliyyəti göstərərək pul qazanır. Ona görə də sağlam adamların işsizlik barədə şikayətlərini gülüşlə qarşılayır. O, maşındakı kiçik nasazlıqları da özü aradan qaldırır.


Elşad Məmmədovun idarə etdiyi avtomobil 34 il öncə istehsal edilib. O, əlillər üçün nəzrədə tutulan avtomobildən almaq üçün aidiyyəti qurumlara müraciət edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top