"Sanki gömrük zavoddu, fabrikdi..." — AÇIQLAMA

MARAQLI 11 may 2019, 18:46

"Sizcə Trampla bizim Gömrük komitəsinin oxşar cəhəti nədir? Bizim Gömrük komitəsinin eyni kənddən olan rəhbərləri fəxrlə deyirlər ki, Gömrük orqanları büdcəyə ödənişləri artırıblar. Sanki gömrük zavoddu, fabrikdi, mal-məhsul istehsalı ilə məşğuldu, elə bil əlavə dəyər yaradıb, pul qazanıb büdcəyə ötürüblər".


Demokrat.az-ın məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli deyib. 


O bildirib ki,  Gömrük Komitəsinin əlavə yığdığı hər manat vətəndaşın cibindən çıxır: 


"Bu, bizə, vətəndaşa təbdiq edilən dolayı vergi yüküdür. Çünki istənilən iş adamı Gömrüyə, Vergi orqanlarına ödədiyi hər manatı mal, məhsul və xidmətin qiymətinin üzərinə gəlir. 


Tramp da fəxr edir ki, Çinə əlavə gömrük rüsumu tədbiq edir, anlamır ki, Çindən ABŞ-a ixrac olunan malları əvəz edəcək yerli istehsal yoxdur, olsa belə yenə Çin mallarından baha başa gələcək. Çin məhsullarına tədbiq edilən əlavə gömrük rüsumunun son ödəyicisi Çin istehsalçısı deyil də, ABŞ alıcısıdır, deməli Çin mallarına tədbiq edilən əlavə gömrük rüsumu son sentinə qədər ABŞ vətəndaşlarının cibindən çıxacaq".(Yeni Sabah)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top